Məhdudiyyətlər tam ləğv edilsə, yoluxma artar - ÜST 

15:04 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əgər məhdudiyyətlər eyni anda, sürətlə aradan qaldırılarsa, yoluxma halları arta bilər, bu təbiidir.

 

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klüge deyib.

 

O bildirib ki, yoluxma göstəriciləri artan ölkələr var:

 

"Hospitallaşma, yəni xəstəxanaya yerləşdirmə, o cümlədən ölüm hallarına baxaq. Məsələn, mən Danimarkada yaşayıram. Orada da yoluxma artıb, lakin ölüm halları çoxalmır. Bu onu göstərir ki, hər hansı ölkədə əhalinin 90 faizi peyvənd olunarsa, ölüm hallarının qarşısını alaq olar".